magbo system
Mədəniyyət

Abdulla Şaiqin 145 illiyi Azərbaycan Yazıçılar Birliyində qeyd edilib

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Abdulla Şaiqin anadan olmasının 145 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir AYB və Abdulla Şaiqin mənzil-muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Uvertura.az xəbər verir ki, AYB-nin sədri Anar və digər çıxışçılar yazıçının Azərbaycan ədəbiyyatına xidmətlərindən, eləcə də ədəbiyyatşünas-alim kimi fəaliyyətindən danışıblar.

Sonda muzeyin direktoru Ülkər Talıbzadə təşəkkürünü bildirib, tədbir bədii hissə ilə davam edib.

You may also like