magbo system
Mədəniyyət

Azərbaycan filmi Astanada mükafata layiq görülüb

Astanada “Regional ekoloji sammiti-2026” çərçivəsində təşkil edilən “RES 2026 EXPO” Beynəlxalq yaşıl texnologiyalar və davamlı həllər sərgisi keçirilir.

Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, sərgidə “Astana Eco Film Festival”ının mükafatlandırma mərasimi baş tutub. Azərbaycanlı rejissor Seyran Mahmudoğlu “Kür – çaylar anası” filmi ilə mükafat alıb. Özbəkistan və Azərbaycanın birgə istehsalı olan “Yer və ay” filmi isə ən yaxşı ekoloji qısametrajlı film seçilib.

Tədbir çərçivəsində “Green Runway Fashion Show” təqdim olunub, Mərkəzi Asiya və Azərbaycandan dizaynerlərin kolleksiyaları nümayiş etdirilib. Ekspertlər isə Aral dənizinin xilas edilməsi, ekoloji və sosial-iqtisadi problemləri müzakirə ediblər.

You may also like