Türkiyənin tanınmış reperi Ceza, “Kim Milyoner Olmak İster?” verilişinin Yeni il xüsusi buraxılışında iştirak edib.
Uvertura.az xəbər verir ki, reper 1 milyon TL-lik (təxminən 48 min manat) sualı cavablandırmaqda tərəddüd edib.
Doğru cavabdan əmin olmadığı üçün Ceza, 500 min TL (təxminən 24 min manat) ilə yarışmadan geri çəkilməyə qərar verib.
O, yarışmadan qazandığı pulu Uşaqların Müdafiəsi Agentliyinə bağışlayacağını açıqlayıb.
Cezanın bu jesti sosial mediada istifadəçilər tərəfindən müsbət qarşılanıb.