Uvertura.az xəbər verir ki, vergi qaçaqmalçılığında itiham olunan sosial media fenomeni Dilan Polat uzun müddət sonra səssizliyini pozub.
O, instaqram hesabında həyat yoldaşı, iş adamı Engin Polatla öz adından açıqlama yayaraq haqlarında çıxan xəbərləri təsdiqləyib.
“Bizim də hər kəs kimi səhvlərimiz var. Ticarəti fəaliyyətimizi davam etdirərkən cəmiyyət qarşısında bəzən həddimizi aşdığımız, yekəxanalıq və lovğalıq etdiyimiz zamanlar olub. Bütün bunlara görə öncə Allahın hüzurunda xəcalət çəkirik. Sizin qarşınızda isə düşüncəsizliklərimiz və nəzakətsiz davranışlarımız olub.
Bu zaman kəsiyində biz bəzən müxtəlif insani zəifliklərə görə həddimizi aşdığımızı daha yaxşı dərk etdik. Biz Allah dərgahında xalqımızdan üzr istəməyimizin, lovğalıqdan, ifratçılıqdan uzaqlaşmalı olduğumuzun fərqindəyik”, – D. Polat vurğulayıb.
O daha sonra əlavə edib: “Haqqımızda prokurorluq tərəfindən araşdırma aparılır. Sözügedən istintaq məxfi şəkildə aparılır. Bu araşdırma ilə bağlı Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) ilkin hesabatı hazırlanıb. MASAK-ın hesabatına görə, bizə qarşı vergi öhdəliyindən başqa heç bir ittiham (çirkli pulların yuyulması, qanunsuz mərc və s.), sübut və fakt yoxdur. Hazırda bütün bank hesablarımız, biznesimizin fəaliyyət göstərdiyi platformalar və tətbiqlərlə bağlı tədbirlər görülüb”.