Türkiyə mətbuatında məşhur aktrisa Hande Erçelin karyerasını bitirməsi ilə bağlı xəbərlər yayılıb.
Uvertura.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sonuncu dəfə “Bambaşka Biri” serialında rol alan aktrisanın daha film sahəsində çalşmayacağı bildirilib.
Buna səbəb Handenin instaqram hesabının məlumat bölümündən “Aktrisa” sözünü silməsi olub.
Erçelin sevgilisi Hakan Sabancı ilə rəsmlərin çəkildiyi emalatxana ilə maraqlandığı ortaya çıxıb.
Yayılan bu iddialar da aktrisanın karyerasını bitirib başqa sahə ilə məşğul olacağı məlumatlarını təsdiqləyib.
Xatırladaq ki, Hande sonuncu dəfə “Bambaşka biri” adlı serialda rol alıb. Aktrisanın ekran işində tərəf müqabili həmkarı Burak Deniz olub.