Mədəniyyət

İncəsənət məktəblərinə qəbulun seçim mərhələsi başlayıb

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə qəbulun ixtisas və məktəb seçimi mərhələsi başlayıb. Seçim prosesi iyulun 6-dan 20-dək davam edəcək.

Uvertura.az -a Nazirlikdən bildirilib ki, qəbul imtahanında 100 mümkün baldan ən azı 50 bal toplayan namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi vasitəsilə seçim edə bilərlər. Hər namizəd 3 ixtisas və hər ixtisas üzrə 2 məktəb seçmək hüququna malikdir.

Qəbul müsabiqə əsasında aparılır və namizədlər topladıqları bala uyğun reytinq sırası ilə plan yerlərinə yerləşdirilirlər. Nəticələr elan olunduqdan sonra qəbul olunan namizədlər təhsillərini sistem üzərindən təsdiqləyərək tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər.

You may also like