Sabiq ABŞ prezidenti Donald Trump-ın qızı İvanka Trump “Analar Günü” ilə bağlı özünün rəsmi “Facebook” səhifəsində paylaşım edib.
Uvertüra.az xəbər verir ki, o, paylaşımında bu xüsusi günü anasız keçirdiyindən təəssüf hissi ilə bəhs edib, ancaq əlavə edib ki, xoşbəxtdir ki, 3 mükəmməl övladın anasıdır – Arabella, Joseph və Theo. İvanka Trump bildirib ki, o, anası ilə bağlı xatirələrini isə qoruyub saxlamaqdadır. O, bütün analara sevgisini göndərib və onları təbrik edib və anası ilə birgə olan fotolarını paylaşıb.
Qeyd edək ki, İvanka Trump-ın anası, Donald Trump-ın keçmiş həyat yoldaşı İvana Trump 2022-ci ilin iyulun 14-də, 73 yaşında ikən evində ölü tapılmışdır. Əlavə edək ki, mayın 14-də ABŞ-da “Analar Günü” qeyd edilirdi.