27 yaşlı Amerikalı model Kendall Jenner fransız kosmetika markası ilə əməkdaşlığa dair razılığa gəliblər. Tərəflər 11 milyon dollar qarşılığında əməkdaşlığa imza atıblar və markanın siması olacaq.
Uvertura.az xəbər verir ki, markanın daha öncə çalışdığı məşhurlar sırasında isə Beyonce, Eva Longoria, Penelope Cruz, Helen Mirren, Kate Winslet, Jennifer Aniston, Scarlett Johansson və s. var.
Qeyd edək ki, bu əməkdaşlığı ilə Kendall Jenner bacısı Kylie Jenner-in kosmetika markası ilə rəqabət aparacaq.