Türkiyənin tanınmış sosial şəbəkə fenomeni Kerimcan Durmaz saxlanılıb.
Uvertura.az xəbər verir ki, onun saxlanılmasının səbəbi konsertində qanunsuz mərc oyunlarını təbliğ etməsidir.
İstanbul Baş Prokurorluğu məsələyə dair araşdırmalara başlayıb.
Qeyd edək ki, əvvəlki dövrlərdə də Serdar Ortaç və Mehmetali Erbil “qanunsuz mərc oyunlarını təşviq etmək” ittihamı ilə saxlanılmışdılar.