Azərbaycan poeziyasının sevilən şairi Mikayıl Müşfiqin həyatına həsr olunmuş “Ah, bu uzun sevda yolu” Əli Əmirlinin müəllifliyi ilə tamaşaya qoyulur.
Uvertura.az xəbər verir ki, tamaşa 24 may 19:00 tarixində Azərbaycan Akademik Milli Dram Teatrında səhnələşdiriləcək.
Tamaşanın müəllifi Əli Əmirli, bəstəkarı Siyavuş Kərimi, quruluşçu rejissoru Anar Sadıqov, quruluşçu rəssamı isə İlham Elxanoğlu olacaq.
Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” əsəri 1937-ci ilin repressiya qurbanı olmuş istedadlı şair Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqındadır. Tamaşa xalqımızın heç vaxt unutmayacağı qanlı-qadalı repressiya illərinin təzahürü kimi maraqla baxılır. Tamaşada ancaq Mikayıl Müşfiqin nakam taleyi əks olunsa da, əslində, bu əsərdə repressiyaya məruz qalmış minlərlə insanın, məhv edilmiş nakam taleyi gözümüz qarşısında canlanır.