“Kim Milyoner Olmak İster” yarışında 1 milyon TL qazanan Rabia Birsen Göğercin oldu.
Uvertura.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən il ətçəkən maşında qolunu itirdiyini bildirən Göğercin, “Atama kömək etmək üçün mağazada əti mən çəkməyə başladım. Diqqətim dağılan anda qolumu itirdim. Qolum amputasiya edildi və biləkdən kəsildi” deyib.