Dünya Xəbərləri Kino

“Oscar” mükafatçısı Kevin Spacey bütün kriminal iddialardan “yaxa qurtardı”

Holivud ulduzu, “Oscar” mükafatçısı Kevin Spacey 4 həftə davam edən məhkəmə çəkişməsindən sonra bütün kriminal iddialardan “yaxa qurtarıb”. 

Uvertura.az NBC News TV kanalına istinadən xəbər verir ki, ona qarşı olan iddialar isə 2004 və 2013-cü illəri əhatə edirdi. Həmin zaman isə o Böyük Britaniyanın London şəhərində yerləşən “Old Vic” teatrında bədii rəhbər olaraq çalışırdı.  

O, qərara görə təşəkkürünü bildirib və iyulun 26-da məhkəmənin getdiyi vaxtda isə onun 64 yaşı qeyd edilirdi. “Məhkəmə bütün detalları səbrlə araşdırdı”, – deyə o, sözlərinə əlavə edib.  

Qeyd edək ki, aktyor 7 nəfər qarşı seksual təcavüz iddiaları ilə məhkəməyə cəlb edilmişdi. London məhkəməsi isə onun lehinə qərar qəbul etdi.

You may also like