Əməkdar incəsənət xadimi Cavanşir Quliyev reanimasiyadan çıxıb.
Uvertura.az xəbər verir ki, bununla bağlı aktrisa Məlahət Abbasova məlumat yayıb. O bildirib ki, bəstəkar özünü yaxşı hiss edir:
“Cavanşir Quliyev yaşayır. Reanimasiyadan çıxıb, palatadadır, yeriyir. Özünü yaxşı hiss edir. Bu gün saat 11:00-da balaca bir əməliyyat olunacaq. Dualarım onunladı”.