2 milyona yaxın abunəçisi olan “Anna Bey” “Youtube” kanalının sahibi Anna klassik “Chanel” çantaları ilə bağlı video çəkib. O, bildirib ki, son ay ərzində “Chanel” çantalarında nə az, nə çox düz 17% artıma gedib və çantaların keyfiyyəti isə son illərinki ilə müqayisədə olduqca aşağıdır. Anna bu iddialara klassik “Chanel” çantası ilə bağlı olaraq yayılan şikayət videolarına istinadən bildirir. Şikayətçilərin sözlərinə əsasən “Chanel”in rəngi solur, dərisi soyulur və s. Onun sözlərinə əsasən hazırda klassik “Chanel” çantasının qiyməti artımdan sonra 10.000 dollardır. Halbuki bu qiymətə daha keyfiyyətli “Hermes”in “Kelly”, yaxud “Birkin” çantasını almaq olar. O, eyni zamanda çantaların çoxlu saxta versiyalarının yaradıldığını və elit zümrənin belə çantaları daşıması fikrinin getdikcə dəyişdiyini qeyd edib. “Əvvəllər belə çantaları elit zümrələrin nümayəndələri, tanınmış siyasətçi qadınlar, aktrisalar və s. daşıyırdılar. Hazırda isə bu düşüncə dəyişib. Bu isə yaxşıya bir əlamət deyil”, – deyə o əlavə edib. Həmçinin Anna bahalı məhsul alarkən onun qiyməti, keyfiyyəti və s. də sorğulamağın vacib olduğunu dilə gətirib.
Tanınmış blogger: “Klassik Chanel çantalarının sonudur?”
