Kino

“The Lion King”in prikvelinin ilk tizeri yayımlanıb

1994-cü ildə çəkilmiş “Kral Şir” (“The Lion King”) filminin prikveli olan “Mufasa: The Lion King” (“Mufasa: Kral Şir”) cizgi filminin tizeri yayımlanıb.

Uvertura.az-ın verdiyi məlumata əsasən, “Walt Disney Studios” şirkəti kadrları özünün “YouTube” kanalında paylaşıb.

Filmin rejissoru Barri Cenkinsdir. Personajların səsləndirilməsində Aaron Pyer və Kelvin Harrison Jr. iştirak ediblər. Filmin dünya premyerası dekabrın 20-si üçün nəzərdə tutulub.

You may also like