Ankaranın Keçiören rayon bələdiyyəsi və TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının birgə təşkilatçılığı ilə “Beynəlxalq Keçiören Türk dünyası şöleni” adlı festival keçirilib.
Uvertura.az xəbər verir ki, Ankaradakı Yayla məhəlləsindəki Lavanta və Gül Baxçası parkında reallaşan tədbirdə ölkəmizi səfirliyimiz nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev təmsil ediblər.
Tədbirdə Azərbaycandan gələn incəsənət ustaları, “Səma” Rəqs Ansamblı milli rəqslərimizi və mahnılarımızı təqdim ediblər.