Argentina milli komandasının ulduz futbolçusu Lionel Messi və onun ABŞ-ın “İnter Mayami” klubundan olan komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Albanın Bakıya etdiyi səfər sona çatıb.
Uvertura.az Report-a istinadən xəbər verir ki, qonaqlar bu gün Azərbaycanı tərk ediblər.
Əfsanəvi futbolçu və dostları səfər zamanı Qarabağ atlarını müşahidə ediblər, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, Bakı Kristal Zalında azarkeşləri ilə görüşüb və son olaraq Heydər Əliyev Mərkəzində olmuşlar.
Həmçinin, Bakı Kristal Zalında keçirilən tədbirə satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədləri üçün istifadə ediləcək.