Uvertura.az Report-a istinadən xəbər verir ki, ailənın verdiyi məlumata görə, vida mərasimi bu gün saat 14:00-da Təzə Pir məscidində keçiriləcək.
Mərasimdən sonra Tofiq Ağababayev Yasamal qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Tofiq Ağababayev 1928-ci ildə Bakıda doğulub. O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və Baron Ştiqlist adına Sant-Peterburq Rəssamlıq Akademiyasını bitirib. O, bir neçə dəfə dünyanın müxtəlif ölkələrində sərgilər açıb. Əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ, İngiltərə, Kanada və digər ölkələrin muzeylərində və şəxsi qalereyalarda nümayiş etdirilir.
Tofiq Ağababayev həmçinin Bakının gerbinin və açarının müəllifidir və şəhərin ilk baş rəssamı olub.
Xalq rəssamı 2023-cü ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.