Bu il “Oskar” mükafatının təqdimat mərasimi təxirə salına bilər.
Uvertura.az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb.
Məlumata görə, Los-Ancelesdəki dəhşətli meşə yanğınları səbəbindən mükafatın təqdimatı ilk dəfə olaraq təxirə salına bilər.
Qəzetə açıqlama verən mənbə bildirib ki, çox sayda insanın həyatını itirdiyi və minlərlə insanın evsiz qaldığı bir dönəmdə bu cür mərasimin keçirilməsi ictimaiyyət tərəfindən mənfi qarşılanma riski daşıyır.
Qeyd edək ki, 97-ci “Oskar” mükafatı mərasiminin martın 3-də baş tutması planlaşdırılır.