Ədəbiyyat Maraqlı

Heyvanlar zəlzələni əvvəlcədən hiss edir?

Zəlzələlər insan üçün nə qədər gözlənilməzdirsə, təbiət üçün bir o qədər öncədən hiss edilən bir hadisə ola bilər.

Uvertura.az xəbər verir ki, Araşdırmalar göstərir ki, bəzi heyvanlar zəlzələdən əvvəl qeyri-adi davranışlar sərgiləyir və bu, bir növ xəbərdarlıq siqnalı kimi qəbul edilə bilər.

Məsələn, balıqlar zəlzələdən əvvəl dəyaz sularda üzməyə başlayır. Adətən dərinliklərdə yaşayan bəzi növlərin qəfil sahilə yaxınlaşması alimlərin diqqətini çəkib. Qağayılar və digər dəniz quşları isə dənizə qonmaqdan çəkinir, sanki təhlükədən xəbərdarmış kimi davranırlar. Bundan əlavə, çimərliklərdə və sahilyanı bölgələrdə xərçənglərin sayında kəskin artım müşahidə olunur.

Ev heyvanlarının da fövqəladə hallardan əvvəl qəribə reaksiyalar verdiyi məlumdur. Zəlzələdən təxminən bir saat əvvəl pişiklər və itlər narahat olmağa başlayır, səbəbsiz yerə hürür və ya sahiblərinə qarşı həddindən artıq diqqətli davranırlar. Ev quşları isə panikaya düşərək qəfəsdə bir-birilərinə çırpılır, elə qaçırlar ki, sanki onları nəsə qovalayır.

Mütəxəssislər hesab edir ki, heyvanların bu reaksiyaları onların ultrasəs dalğalarını və ya yerin alt qatlarında baş verən dəyişiklikləri daha həssas şəkildə hiss etməsi ilə bağlı ola bilər. Hələ də tam elmi izah tapılmasa da, qədim dövrlərdən bəri insanlar heyvanların davranışlarını müşahidə edərək təbii fəlakətlərə hazır olmağa çalışıblar.

Bəs siz heç heyvanların qəribə davranışlarını müşahidə etmisiniz? Ola bilər ki, onlar sizə hansısa gözlənilməz hadisə barədə xəbərdarlıq edirlər?

You may also like