“Uzak Şehir” serialında canlandırdığı “Uğur” obrazı ilə tanınan Anıl İlter layihə ilə yollarını ayırır.
Uvertura.az xəbər verir ki, aktyor sabah yayımlanacaq yeni seriyada tamaşaçılarla vidalaşacaq.
Onun serialdan ayrılması həm izləyicilər, həm də sosial şəbəkə istifadəçiləri arasında sürpriz və müzakirə mövzusuna çevrilib.
Xatırladaq ki, serialın baş rollarında Sinem Ünsal, Ozan Akbaba, Qonca Cilasun və Müfit Kayacan kimi tanınmış sənətçilər yer alır.