Məşhur sənətçi Tarkan, anası Neşe Tevetoğlunun vəfatından sonra Avropa turuna Stuttgart konserti ilə davam edib.
Uvertura.az xəbər verir ki, konsertdə iştirak edən Reynmen (Yusuf Aktaş) sosial media hesabında Tarkanla çəkdirdiyi fotoları paylaşaraq sənətçiyə dəstək mesajı göndərib. Reynmen paylaşımında, “Həm çox ağladıq, həm çox güldük. Dünən bir daha duruşuna, xəttinə və xarakterinə heyran oldum. Təkcə musiqi deyil, sevgi və güc hiss etdik. Yaxşı ki, varsan, Tarkan abi” sözlərini qeyd edib.
Tarkan da Reynmenin sözlərinə cavab verərək, “Gözəl sözlərin və dəstəyin üçün təşəkkür edirəm, qardaşım. Sən də yaxşı ki, varsan” ifadəsini işlədib.