Respublika Gənclər Kitabxanasında Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə “Mən ilk qaynağımdan türk oğlu türkəm” adlı metodik vəsait hazırlanıb.
Kitabxanadan uvertura.az-a bildirilib ki, vəsaitdə bu münasibətlə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının, akademik İsa Həbibbəylinin müəllifi olduğu “Milli istiqlal şairi Bəxtiyar Vahabzadə” adlı məqalənin tam mətni, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alıb.