Mədəniyyət

Bu ilin ilk 6 ayında 29 film dövlət reyestrində qeydiyyatdan keçib

Ölkə daxilində istehsal olunan, eləcə də respublikaya gətirilən hər bir film kütləvi nümayişə çıxarılırsa, kinoteatrlarda nümayiş etdirilirsə, dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Əks halda həmin filmlərin nümayişi “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qadağan edilir.

Uvertura.az xəbər verir ki, bu ilin ilk 6 ayında dövlət reyestrində 29 yerli film qeydiyyatdan keçib. Bunların 12-si sənədli, 11-i tammetrajlı bədii, 6-sı isə qısametrajlı bədii filmdir. Ötən ilin müvafiq dövründə bu rəqəm 28 olub.

You may also like