Almaniyanın Frankfurt şəhərində keçirilən, müasir incəsənət sahəsində nüfuzlu beynəlxalq tədbirlərdən hesab edilən “Discovery Art Fair” sərgisində azərbaycanlı rəssam və heykəltaraşların da əsərləri uğurla təqdim olunub.
Uvertura.az xəbər verir ki, sərgidə iştirak Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və “İsmayılov Qalereyası”nın birgə təşkilatçılığı ilə baş tutub.
Bir sıra ölkələrdən 120-dən çox qalereya və yaradıcı şəxsin qatıldığı sərgini minlərlə sənətsevər ziyarət edib.
Rəssamlar Fərid İsmayılov və Rəşad Mehdiyev, heykəltaraşlar İlqar Şeydayev, Kamran Əsədov, Namiq Hüseynov və Kənan Əliyevin 30-a yaxın sənət əsəri tamaşaçıların və kolleksiyaçıların böyük marağına səbəb olub.
