Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) “İzzət” kino mükafatının ilk təqdimetmə mərasimi keçirilib.
Azərbaycanın ilk kinoaktrisası İzzət Orucovanın şərəfinə təsis edilən mükafat Azərbaycan kinosunda qadınların rolunun və təmsilçiliyinin artırılmasına xidmət edir. “İzzət” kino mükafatının ilk qalibləri Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı, prodüser Sevinc Əliyeva, rejissor Səidə Haqverdiyeva və kinotənqidçi Aygün Aslanlı olub.
Uvertuara.az xəbər verir ki, mükafatın gələcəkdə beynəlxalq arenaya çıxarılması və mükafat fondunun genişləndirilməsi nəzərdə tutulur.
