Özbəkistanın Daşkənd şəhərində ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası işə başlayıb.
Bu barədə Uvertura.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, sessiya çərçivəsində İslam Dünyasının İrs Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına təqdim olunan nominasiyalar müzakirə edilib.
Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və “Şuşa Şəhər Dövlət Qoruğu” ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilib. Bununla da Ağdam abidələri ilk dəfə beynəlxalq mədəni irs siyahılarına salınıb.
Şuşanın ICESCO siyahısına daxil edilməsi bu qoruq-şəhərin dirçəlməkdə olan tarixi-mədəni irsinə verilən dəyərin göstəricisi kimi qiymətləndirilir.
Sessiya fevralın 13-dək davam edəcək.
