Azərbaycanın Yaponiyadakı səfirliyi Tokioda keçirilən Mequro beynəlxalq dostluq festivalında ölkəmizi təmsil edib.
Festival beynəlxalq mədəni dialoqun təşviqi və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə həsr olunub. Tədbirdə müxtəlif ölkələrin səfirlikləri, yerli təşkilatlar və şirkətlər iştirak ediblər.
Azərbaycan stendi ziyarətçilərin böyük marağına səbəb olub. Uvertura.az xəbər verir ki, burada milli geyimlər, əl işləri və dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilərək qonaqlara ölkəmizin zəngin mədəni irsi və ənənələri təqdim olunub.
