magbo system
Mədəniyyət

Bakıda “Baharın rəngləri” adlı sərgi açılıb

Xətai Sənət Mərkəzində “Baharın rəngləri” adlı sərgi açılıb. Uvertura.az xəbər verir ki, sərgi bir sıra qurumların təşkilatçılığı və dəstəyi ilə keçirilir.

Tədbirdə çıxış edən mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, sərginin məqsədi gəncləri təbiətlə təmasa təşviq etmək, təbiətin gözəlliyini nümayiş etdirmək və onun qorunmasına maraq yaratmaqdır. Onun sözlərinə görə, sərgiyə ölkənin müxtəlif bölgələrindən 800-dən çox müraciət daxil olub, onlardan 600-ə yaxın əsər seçilərək nümayiş olunur.

Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov isə təbiətin qorunmasının hər bir vətəndaşın borcu olduğunu vurğulayıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

You may also like