magbo system
Mədəniyyət

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mədəni irs və müasir texnologiyalar: Rəqəmsal həllərin tətbiqi” mövzusunda panel sessiya keçirilib.

Uvertura.az xəbər verir ki, tədbirdə rəqəmsal texnologiyaların mədəni irsin qorunması, sənədləşdirilməsi və şəhərsalma proseslərinə inteqrasiyası müzakirə olunub.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanın mədəni irsin rəqəmsal transformasiyası istiqamətində beynəlxalq əməkdaşlığa önəm verdiyini bildirib. O, azad edilmiş ərazilərdə tarixi-mədəni inventarların tədqiqi, elektron xəritələrin hazırlanması və rəqəmsal sistemləşdirilmə işlərinin aparıldığını qeyd edib.

Paneldə çıxış edən nümayəndələr 3D modelləşdirmə, süni intellekt, artırılmış reallıq və böyük verilənlər kimi texnologiyaların mədəni irsin qorunması və təqdimatında yeni imkanlar yaratdığını vurğulayıblar.

Sessiya çərçivəsində beynəlxalq təcrübələr və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

You may also like