Mədəniyyət

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib

Praqada 28 May – Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Çexiyanın paytaxtı Praqada, Lusern sarayında 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Uvertura.az-a bildirilib ki, tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Şərqi Avropada Yaşayan Azərbaycanlıların Çexiya üzrə Koordinasiya Şurası və “Land of Fire” Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Konsertdə Azərbaycanın tanınmış musiqiçiləri və ifaçıları milli musiqi nümunələri, muğam və bəstəkar əsərləri ilə çıxış ediblər. Çexiyada yaşayan azərbaycanlı skripka ifaçısı Canel Nəcəfli də proqramda yer alıb.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, musiqinin xalqlar arasında dostluq və mədəni əlaqələrin inkişafına töhfə verdiyi vurğulanıb.

You may also like