Şou-biznes

Anar Ağakişiyev Ebru Gündeşin yeni görünüşünə imza atdı

Azərbaycanlı tanınmış stilist Anar Ağakişiyev beynəlxalq əməkdaşlıqlarına daha bir məşhur adı əlavə edib.

Uvertura.az xəbər verir ki, bu dəfə makiyaj ustasının üzərində çalışdığı sənətçi Türkiyənin məşhur müğənnisi Ebru Gündeş olub. Anar Ağakişiyevin hazırladığı yeni obraz müğənninin sosial şəbəkə paylaşımlarında da yer alıb.

Ebru Gündeş şəxsi sosial media hesablarında yeni görünüşünü əks etdirən fotolarını izləyiciləri ilə bölüşüb. Paylaşımlar qısa müddətdə böyük maraq doğuraraq minlərlə bəyənmə və çoxsaylı şərh toplayıb.

Xatırladaq ki, Anar Ağakişiyev uzun illərdir həm Azərbaycanda, həm də xarici ölkələrdə tanınmış simalarla əməkdaşlıq edir. Onun fərqli makiyaj texnikası və yaratdığı obrazlar moda və gözəllik sahəsində geniş maraqla qarşılanır.

You may also like