Mədəniyyət

Kitabxanada Azərbaycan Dili Gününə həsr edilmiş materiallar təqdim olunub

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə silsilə materiallar hazırlanıb.

Bu barədə Uvertura.az-a kitabxanadan məlumat verilib.

Kitabxanadan bildirilib ki, layihə çərçivəsində biblioqrafik icmal, dövri mətbuatın elektron bazası, virtual və ənənəvi kitab sərgiləri təqdim olunub.

Materiallarda Azərbaycan dilinin inkişaf mərhələləri, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dil siyasəti, həmçinin bu sahədə qəbul edilmiş qanun və sərəncamlar barədə məlumatlar yer alır.

“Dili yaşadan onun mənsub olduğu xalqdır” adlı biblioqrafik icmalda görkəmli alimlərin məqalələri, 30-dan çox kitabın təsviri və 2024–2026-cı illəri əhatə edən dövri mətbuat nümunələri təqdim edilir.

Kitabxananın rəsmi saytında yaradılan “Ana dili” elektron bazası vasitəsilə mövzuya dair məqalələrin tam mətnləri ilə tanış olmaq mümkündür. Kitabxanada təşkil olunan ənənəvi sərgidə isə Azərbaycan dili ilə bağlı nəşrlər və “Ana dilimiz varsa, biz də varıq” adlı biblioqrafik vəsait nümayiş olunur.

Oxşar Xəbərlər