Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib.
Uvertura.az xəbər verir ki, iclasda İttifaqın fəaliyyəti, üzvlük məsələləri və qarşıdakı Konfransa hazırlıq müzakirə olunub. Qərara əsasən, AKİ-nin Konfransı sentyabrın 11-də keçiriləcək.
Həmçinin sədr səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi və onun sədrliyə vahid namizəd kimi təsdiqlənməsi barədə qərar qəbul olunub. Digər təşkilati və kadr məsələlərinə də baxılıb.
