Madriddəki Pons Fondunda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, diplomatik korpusun, incəsənət ictimaiyyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Leyla Əliyevanın ideya müəllifliyi ilə həyata keçirilən layihə müxtəlif ölkələrdən rəssamları bir araya gətirərək insan və təbiət arasındakı əlaqəyə, ətraf mühitin qorunmasının vacibliyinə diqqət çəkir.
Uvertura.az xəbər verir ki, İlk dəfə 2024-cü ildə COP29 çərçivəsində Bakıda təqdim olunan sərgi daha sonra dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilib. Layihə bu dəfə Heydər Əliyev Fondu və Azərbaycanın İspaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Madriddə keçirilir.
Ekspozisiyada Azərbaycan, İspaniya, İtaliya, Latviya, Ukrayna, Gürcüstan, Birləşmiş Krallıq, Almaniya və digər ölkələrin müasir rəssamlarının əsərləri yer alıb.
Sərgi sentyabrın 18-dək ziyarətçilər üçün açıq olacaq.
