Bakı Mərkəzi Nəbatat Bağında Sofiya Frankın kuratorluğu ilə “Torpaq” adlı qrup sərgisi fəaliyyətə başlayıb.
Uvertura.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan sərgidə Cəbrayıl Quliyev, Ramil Əliyev, Emin Mathers, Nərgiz Ramizqızı və Ceyhun İmanovun əsərləri nümayiş etdirilir.
Sərgi bitkilərin yeni mühitə uyğunlaşmasını insan miqrasiyası ilə əlaqələndirərək kimlik, mənsubiyyət və vətən anlayışlarına fərqli baxış təqdim edir.
Noyabrın 21-dək davam edəcək sərgi çərçivəsində ziyarətçilər üçün tematik turlar və rəssamlarla görüşlər də təşkil olunacaq.
Sərgiyə giriş sərbəstdir.
