Netflix dünya tarixinin ən uğurlu və ən böyük multimedia şirkətidir. Netflix-in iş sistemi belədir; Sayta üzv olmaq və müəyyən aylıq ödəniş etməklə seriallara və filmlərə baxmaq imkanı təqdim edir.
İnternetin ən böyük xidmətlərindən biri olan Netflix, 29 Avqust 1997-ci ildə Reed Hastings və Marc Randolph tərəfindən qurulmuşdur.
Uvertüra.az xəbər verir ki, “Netflix”in mesajı daima eynidir: dəqiq və sadə olmaq. Şirkətin xidmətlərinin təqdim edildiyi sayt da bu baxımdan çox əlverişlidir. Abunəliyi yenidən başlatmaq və ya dayandırmaq təkcə bir kliklə mümkündür, proseslər olduqca sürətlə icra edilir.