Mingəçevir Dövlət Dram Teatrı 55 illik yubileyini müxtəlif layihələrlə qeyd edir.
Teatrın direktoru Əməkdar artist İntiqam Soltanın müəllif layihəsi olan festivalın ilk mərhələsi 15-16 aprel tarixlərində gerçəkləşib. Festivalın açılış mərasiminə şəhər sakinləri, eləcə də Lənkəran, Gəncə Dövlət Dram, Gəncə Dövlət Kukla teatrlarının təmsilçiləri, teatrşünas və yazarlar qatılıblar.
Festivalın may-iyun aylarına nəzərdə tutulan ikinci mərhələsinə digər şəhər və rayonlardan da teatrlar cəlb olunacaq.