Çin bu il G20-yə qatılmayacaq
Uvertüra.az xəbər verir ki,bu il G20-yə sədrlik vəzifəsini Hindistan öz üzərinə götürüb.Mayın 22-24-də mübahisəli Cammu və Kəşmir bölgəsi Srinagarda turizm sahəsində işçi qrupunun iclasının keçiriləcəyini açıqlanıb. Çin Xarici İşlər Nazirliyi Hindistanın qərarına reaksiya verib. Nazirlikdən verilən açıqlamada Çinin hər hansı mübahisəli bölgədə G20 toplantısının keçirilməsinə qarşı olduğu, bu səbəbdən sözügedən toplantıya qatılmayacağı bildirilib.
Qeyd edə ki, ki, 3 gün davam edəcək tədbirdə iştirak etmək üçün ABŞ, Rusiya, Fransa, Almaniya, İtaliya, İngiltərə, Yaponiya, Cənubi Koreya və Avropa İttifaqı qeydiyyatdan keçib.