Məşhur “YouTuber”, kanalında 1.71 milyon abunəçi olan Anna Bey özünün böyük sirrini açıqlayıb.
Uvertura.az “YouTuber”un öz sözlərinə istinadən xəbər verir ki, o, deyib ki, yaxın zamanda artıq hazır olan, özünəməxsus geyim kolleksiyası satışda olacaq.
O, bildirib ki, onun illərdir kanal vasitəsilə insanlara çatdırmaq istədiyi üslubu məhz özünün kolleksiyasında yarada bilib: “Lakin geyimlərin sayı məhdud saydadır”, – deyə Anna Bey əlavə edib.
Qeyd edək ki, daha sonra isə “YouTuber” özünün “Instagram” platforması üzərindən elan edib ki, kolleksiyanın satışa çıxarılacağı rəsmi saytda texniki xəta baş verib. Təəssüflə qeyd edir ki, söz verdiyi vaxtda onların satışını həyata keçirə bilmir. “Şəxsi biznesdə hər-zaman işlər yolunda getməyə bilir”, – deyə o, müştərilərindən üzr istəyib.