Dənizdə baş verən qəzadan sonra müalicələri üçün İstanbula gətirilən Esas Holdinq İdarə Heyətinin sədri Ali Sabancı və həyat yoldaşı Vüslat Doğan Sabancının yaxınları xəstəxanaya baş çəkib.
Uvertura.az xəbər verir ki, qəzada başı qayığın qarşısındakı şüşəyə dəyən Vuslat Doğan Sabancı üz nahiyəsindən aldığı travma səbəbindən əməliyyata alınacaq. Digər tərəfdən, qayıqda Sabancı cütlüyünün uşaqlarının da olduğu, lakin onların vəziyyətlərinin yaxşı olduğu bildirilib.