İsrailəsilli məşhurlar Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə münasibət bildirib.
Uvertura.az xəbər verir ki, amerikalı teatr və kino aktrisası Natali Portman instaqram hesabında bunları yazıb:
“İsrail xalqına görə ürəyim parçalanır. Uşaqlar, qadınlar və yaşlılar öz evlərində öldürülüb və ya qaçırılıb. Törədilən barbarlıqdan dəhşətə gəlirəm. Ürəyim baş verənlərdən zərər çəkənlər üçün sevgi və dua ilə döyünür”.