Şou-biznes

Aysel Şükürova peçenyedən zəhərləndi

Bloger Aysel Şükürova qida zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilib

Bloger Aysel Şükürova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib və gecəni tibbi nəzarət altında keçirib.

Uvertura.az xəbər verir ki, o, sosial şəbəkə hesabında səhhəti ilə bağlı paylaşım edərək zəhərlənməyə səbəb kimi mağazadan aldığı küncütlü xəmir çubuğunu göstərib.

Aysel Şükürovanın sözlərinə görə, məhsulu yeyərkən onun dadında fərqlilik hiss edib və istifadə müddəti ilə maraqlanıb. Bildirib ki, məhsulun nəm və köhnə təsir bağışlayan dadı olub. Buna baxmayaraq, məhsulu qəbul etdikdən bir müddət sonra vəziyyəti pisləşib.

O qeyd edib ki, səhərə yaxın özünü narahat hiss etməyə başlayıb, daha sonra yüksək hərarət və digər zəhərlənmə əlamətləri yaranıb. Blogerin sözlərinə görə, bədən hərarəti 39 dərəcəyə yüksəlib və ona tibbi yardım göstərilib.

Hazırda səhhətinin qismən yaxşılaşdığını bildirən Aysel Şükürova ona dəstək olan və vəziyyəti ilə maraqlanan hər kəsə təşəkkür edib.

You may also like