Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the nano domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/uvertura/public_html/wp-includes/functions.php on line 6114
Bu gün maestro Niyazinin doğum günüdür – Uvertura.az
Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Mədəniyyət

Bu gün maestro Niyazinin doğum günüdür

1912-ci il avqustun 20-də Tiflisdə bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində bir oğlan uşağı dünyaya gəldi. Körpəyə Niyazi adını qoydular. Qardaşı oğlunu ilk dəfə görən və ona diqqətlə baxan görkəmli bəstəkar Üzeyir Hacıbəyli qeyri-iradi bu uşağa  “Knyaz” dedi. O vaxtdan uşağı Knyaz deyə çağırmağa başladılar.

Sonralar Zülfüqar Hacıbəyovun ailəsi Bakıya köçür. Niyazinin uşaqlıq illəri görkəmli sənətkarların əhatəsində keçir.

Niyazi əvvəlcə hərbçi, sonra idmançı olmaq istəyir. Futbol hakimliyinə, təyyarə idmanına maraq göstərir. “Dinamo” cəmiyyətinin ağır atletika yarışlarında iştirak edir. Hətta 56 kiloqram çəki dərəcəsində Bakı və Azərbaycan çempionu olur. Dirijor kimi məşhurlaşdığı illərdə isə Azərbaycanın Ağır Atletika Federasiyasına rəhbərlik edir.
Niyazi Tağızadə-Hacıbəyov ilk musiqi təhsilini Bakıda alıb. Moskvada Qnesinlərin Musiqi Məktəbində, Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Dağıstan Maarif Komissarlığına göndərilən Niyazi Mahaçqalada gələcək ömür-gün yoldaşı Həcər xanımla tanış olub. Həcər xanımın xatirələrindən aydın olur ki, ailə həyatının ilk illərində güzəranları ağır keçib. Niyazinin yeganə kostyumuna hər mövsümə uyğun boyaq vurublar, ayaqqabısına qat-qat qəzet qoyublar ki, su keçirməsin.  Niyazinin dirijorluqda ilk böyük uğuru 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti günləri ilə bağlıdır. O, burada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edir.

Niyazi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Leninqrad Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Filarmoniyada işlədiyi illərdə onun təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblı yaradılıb. Xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedib.

Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Niyazi Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda simfonik konsertlərin və festivalların təşkilatçısı olub. O deyərdi: “Xalqın – xüsusən gənc nəslin ümumi mədəniyyətinə, mənəvi aləminə, musiqi zövqünün düzgün istiqamətdə formalaşmasına klassik musiqinin təbliği güclü təsir göstərir. Düzgün qurulmuş musiqi təbliğatı bu aktual problemi həll edə bilər”.

Əlbəttə, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq olub. Lakin o, bəstəkarlıqda da uğur qazanıb.  “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahərləl Nehru beynəlxalq mükafatını alıb.

Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq Artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib.

Niyazi 1984-cü il avqustun 2-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

You may also like