Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mirvarid Dilbazinin doğum günüdür
O, 1912-ci il avqustun 19-da Qazax rayonunda anadan olub. Dilbazilər soyadı Nadir şahla bağlıdır. Mənası: “ürəkli adam”-deməkdir. XVI ərin sonlarında Səfəvi-Osmanlı müharibəsinədək Qazax bölgəsində yaşamış çoxsaylı nəsil şəcərəsi olan tayfadır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil almış Xalq şairi Quba partiya məktəbində müəllim işləyib, sonra isə Bakıda “Şərq qadını” jurnalında fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib.
Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib.
Azərbaycanın görkəmli nümayəndəsini rəhmətlə anırıq!