“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında aktyor-rejissor Hikmət Rəhimovun dram janrında çəkdiyi “Apatiya” filminin təqdimatı keçirilib.
Uvertura.az xəbər verir ki, imza gününə gələn qonaqlar filmi yaradıcı heyyətlə birlikdə izləyiblər.
Sonra rejissor və komandası öz çıxışında tamaşaçılara təşəkkür edib. Hikmət Rəhimov “Apatiya”nın məqsədindən, onun verdiyi mesajdan danışıb.
İmza günü maraqlı anlarla yadda qalıb. Gələn qonaqların arasında yazıçılar, telejurnalistlər, sayt rəhbərləri, mədəniyyət işçiləri və başqa sahələrin nümayəndələri də iştirak edib.
Filmi izləyənlər yaradıcı heyətlə şəkil çəkdirib imza alıblar.
Qeyd etmək istərdik ki, “Apatiya” filmi bütün “CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunur.