Azərbaycanın xalq artisti Röya Ayxan sosial layihələrdə iştirakı ilə hər zaman xalqın ürəyini fəth edib.
Sənətə gəldiyi ilk günlərdən göstərdiyi dəstək, ictimailəşdirmədən etdiyi köməklər onu xalqın gözündə ucaldıb.
Uvertüra.az xəbər verir ki, Röya bu dəfə özəl klinikalardan birinin təşəbbüsünə qoşularaq 100 nəfər daun sindromlu uşağa ümid olub. Sənətçi uşaqlarla görüşüb, onların xəyallarını gerçəkləşdirib.
Bu haqda özü sosial media səhifəsi vasitəsilə məlumat yayıb.