Elon Musk trilyonçu statusunu itirdi

Dünyanın ən zəngin şəxslərindən biri olan Elon Musk artıq trilyon dollar sərvət həddinin altında qərarlaşıb.

Uvertura.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, son dövrdə baş verən bazar dəyişiklikləri nəticəsində Muskın sərvəti 118 milyard dollar azalaraq 957 milyard dollara düşüb.

Qeyd edək ki, iyunun 12-də SpaceX səhmlərinin ticarətə çıxarılmasından sonra onun sərvəti 1 trilyon dolları keçmiş və Musk bu göstəriciyə çatan ilk şəxs kimi tarixə düşmüşdü.

Lakin sərvətində qeydə alınan azalma nəticəsində milyarder təxminən iki həftə davam edən trilyonçu statusunu itirib.

Oxşar Xəbərlər