Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğ, Türkiyədə Osmanlı tarixçisi Şakir Paşanın ailəsindən bəhs edən “Şakir Paşa Ailesi: Mucizeler ve Skandallar” adlı serialda rol alacaq.
Uvertura.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kıvanç Tatlıtuğ serialın 5-ci bölümündə qonaq aktyor olaraq iştirak edəcək. O, Meryem Üzerlinin canlandırdığı “Rozalia” obrazının sevgilisi rolunda olacaq.