Xurşid Ağayeva 20 aprel 1906-cı ildə anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1935). Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs demiş, elmi işlər üzrə prorektor (1944-1946) olmuşdur.
Xurşid Ağayeva 1918–1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir.
O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır.
Xurşid Ağayeva “Ü.Hacıbəyov” monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, “XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları” (ölümü ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir.
Xurşid Ağayeva 3 dekabr 1953-cü ildə vəfat edib.